8 oktyabr 2022 - 21:41
Zaxarova: "Bu, terror aktıdır"

Rusiya hökuməti Krım körpüsünə qarşı hücumu terror aktı adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 8-də Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb.

O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini də qınayıb: “Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”.

342/