SOCAR prezidenti Rövşən Nəcəfin şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi barədə 19 avqust 2022-ci il tarixli əmrinə əsasən SOCAR prezidentinin aylıq əməkhaqqının yuxarı həddi 13.008 manat, birinci vitse-prezidentin əmək haqqının yuxarı həddi 12.360 manat, vitse prezidentlərin əmək haqlarının yuxarı hədləri 10 min manatdan 12 min manatadək, departament rəhbərləri və onların müavinləri 6 min manatdan 11.500 manatadək, aparıcı mütəxxəsislərin əmək haqları 3.500-dən 4.100 manatadəkdir. Baş direktorlar, onların müavinləri, baş mühəndislər və digərlərinin aylıq əmək haqları 2.500 manatdan 9.050 manatadək hesablanır.
3 sentyabr 2022 - 21:02
Xəbər kodu: 1303095
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-da rəhbər vəzifəsində çalışan şəxsların maaşlarının yuxarı olması çoxlarını təəccübləndirir.