İranlı məktəblilər Gürcüstanın Kutaisi şəhərində keçirilən 15-ci Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında 9 qızıl və bir gümüş medal qazanaraq, dünyanın 45 ölkəsindən gələn 250 məktəbli arasında, ikinci dəfə olaraq, birinci yeri tutublar.
Prezident Rəisinin təbrik mesajında deyilir: "İranın istedadlı övladları 2022-ci ildə Gürcüstanda keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında birinci yeri qazanmaqla öz bacarıqlarını nümayiş etdirdilər və ölkənin elm və mədəniyyət tarixinə bir daha bir qızıl səhifə əlavə etdilər".
İran parlamenti İslam Şurası Məclisinin sədri də iranlı məktəblilərin
2022-ci ildə Gürcüstanın Kutaisi şəhərində keçirilən Beynəlxalq
Astronomiya və Astrofizika Olimpiadasında qalib gəlməsini təbrik edib.
342/