12 aprel 2022 - 15:24
Putin: “Kiyev İstanbuldakı danışıqlarda əldə olunan razılaşmalardan kənarlaşıb”

“Kiyev İstanbuldakı danışıqlarda əldə olunan razılaşmalardan kənarlaşaraq dalana dirənib”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin “Vostoçnı” kosmodromuna birgə səfər etdiyi Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra deyib:

“Kiyev İstanbuldakı danışıqlarda əldə olunan razılaşmalardan kənarlaşaraq dalana dirənib”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Putin deyib ki, dünən ona Ukrayna tərəfinin danışıqlar mövqeyində nəyisə dəyişdiyini söyləyiblər, lakin hələlik detalları tam bilmir.

Onun sözlərinə görə, Kiyevin danışıqlarda ardıcıl olmaması çətinliklər yaradır.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!