9 aprel 2022 - 13:07
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası İmam Rzanın (ə) hərəmində törədilən terror hadisəsini pisləyən bəyanat yayıb

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası zəkavətli İran vətəndaşlarının qlobal imperialist və beynəlxalq sionizmin məkirli planları qarşısında ayıq olmalarının vacibliyini vurğulayaraq, İranda sığınacaq axtaran əfqanıstanlı mühacirlərlə daha mehriban davranmalarını tövsiyə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, müqəddəs Məşhəd şəhərində yerləşən həzrət İmam Rzanın (əleyhi səlam) pak hərəmində xalqa könüllü xidmət göstərən iki cihadçı ruhaninin şəhadəti və bir nəfərin yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayıb.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının terror aktını pisləyən bəyanatında deyilir: “Təkfirçi ünsürlər artıq göstərdi ki, onlar nəinki insani duyğulardan məhrumdurlar, həm də şüarlarının əksinə olaraq İslama və İslam dəyərlərinə inanmırlar; Çünki dəfələrlə Pakistanda, Əfqanıstanda, İranda, İraqda, Suriyada, Küveytdə və... ölkələrdə namaz və ibadət üçün Məscid və müqəddəs məkanlalrda toplaşan insanları heç bir günahları olmadan təhqir edib və öldürürlər.”

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası zəkavətli İran vətəndaşlarının qlobal imperialist və beynəlxalq sionizmin məkirli planları qarşısında ayıq olmalarının vacibliyini vurğulayaraq, İranda sığınacaq axtaran əfqanıstanlı mühacirlərlə daha mehriban davranmalarını tövsiyə edərək deyib: ““İslami vəhdət” Allahın (cəllə cəlaluh), Onun Rəsulunun (səlləllahu əleyhi və alih) və Əmirəlmöminin Əlinin (əleyhi səlam) qalıcı mirasıdır.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!