17 mart 2022 - 05:37
Nazənin Zağəri Britaniya hökumətinə təhvil verildi

İranda Britaniyanın xeyrinə casusluq ittihamı ilə həbs edilən Nazənin Zağəri cəzasını çəkdikdən sonra bu gün, çərşənbə günü Britaniya hökumətinə təhvil verilib.

ABNA24 Xəbər Verir , Thomson Reuters-də layihə meneceri işləyən ikili İran və Britaniya vətəndaşı Nazənin Zağəri 2016-cı il aprelin 3-də İranda həbs edilib.

Nazənin Zağəri xarici şirkət və qurumların üzvü olmaqla İran İslam Respublikasının yumşaq devrilməsi mövzusunda media və kiber layihələrin layihələndirilməsi və həyata keçirilməsində iştirak edib.

Zağəri İran İslam Respublikasının səlahiyyətli məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

"FARS" xəbər agentliyinin məlumatına görə, Zağərinin 5 illik həbs müddəti sona çatıb və o, Britaniyada həbsdə olan bir iranlı ilə dəyişdirilib.

342/