ABNA24 Xəbər Verir ,Seyid İbrahim Rəisi bu gün Mazandaran vilayətinin Əmirabad limanı və Xüsusi İqtisadi Zonasından baxış keçirərkən qonşularla xarici ticarət infrastrukturlarının genişləndirilməsi üçün investisiya prioritetinə təkid edib.
Əmirabad Xüsusi İqtisadi Zonasının önəmi və mövqeyinə işarə edən İran prezidenti bu limanın istehsal və ixracat imkanlarının genişləndirilməsinə diqqəti zəruri adlandırıb.
Rəisi əlavə edib: Sənaye və istehsal obeykt və zavodlarının inşası və genişləndirilməsi istiqamətində ətraf mühit təşkilatının ekoloji məsələlərə diqqət yetirməklə limanın genişləndirilməsi istiqamətini asanlaşdırması zəruridir.
342/