4 mart 2022 - 17:35
Gürcüstan Aİ-yə üzvlük ərizəsi verir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini imzalayıb.

ABNA24 Xəbər Verir ,baş nazir İrakli Qaribaşvili xalqa müraciətində bu günü Gürcüstan üçün tarixi gün adlandırıb: “Aİ-yə üzvlük üçün müraciət etmək Gürcüstanın Avropaya inteqrasiya yolunda mühüm bir addım, tariximizin yeni səhifəsini açan bir mərhələdir”, - İrakli Qaribaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Aİ-yə üzvlük üçün sürətləndirilmiş namizəd statusu almaq məqsədi ilə müraciət sənədini bu gün ittifaqın strukturlarına təqdim edəcək.

342/