ABNA24 Xəbər Verir , hazırda dollar 100,5 rubla qalxıb. Bu, tarixi maksimumdur.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarından sonra ötən gündən rublla bağlı xaos yaşanır. Bəzi banklar artıq dolların kursunu fantastik dərəcədə bahalaşdırıb.
Bu arada Rusiya Mərkəzi Bankı uçot dərəcəsini gözlənilmədən 20 faiz qaldırıb.
Bununla bağlı qərar bankın Direktorlar Şurasının təcili iclasında qəbul edilib.
Məlumatda qeyd olunur ki, Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 28 fevral 2022-ci ildən uçot dərəcəsini illik 20 faiz qaldırmağa qərar verdi.
342/