Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bazar ertəsi səhər iki ölkənin nümayəndə heyətləri Rusiya birjasının bağlı qalması və rublun ucuzlaşması səbəbindən atəşkəs barədə danışıqlara cəhd etmək üçün bir araya gəlib.
Bazar günü Avropa dövlətləri və Kanada hava məkanlarını Rusiya təyyarələri üçün bağlayacaqlarını bildiriblər və görünməmiş bir addımla Avropa İttifaqı Ukraynaya silahların alınması və çatdırılmasını maliyyələşdirməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, artan iqtisadi sanksiyalara cavab olaraq Rusiya prezidenti Putin Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salıb.
https://twitter.com/i/events/1483255084750282753

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!