28 fevral 2022 - 04:24
SWIFT Rusiyaya qarşı sanksiyalara hazırdır

Beynəlxalq bank sistemi- SWIFT, Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

ABNA24 Xəbər Verir , İngiltərə, Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Kanada və Birləşmiş Ştatlar şənbə günü Ukraynanın vəziyyətilə bağlı Rusiya əleyhinə sanksiylar haqda razılığa gəliblər.

Onlar üzərlərinə öhdəlik götürüblər ki, seçilmiş banklar SWIFT-dən çıxarılsınlar və Rusiya mərkəzi bankının rus bankların sanksiyaların təsiri barədə qərara aldıqları metodlarla öz beynəlxalq ehtiyatlarını yerləşdirməsinin qarşısı alınsın.

Beynəlxalq bank sistemi- SWIFT bir bəyanatda bildirib ki, qanuni göstərişlər aldıqdan sonra Qərb ölkələrinin Rusiya banklarına qarşı sanksiyalar tətbiq etmək barədəki qərarını icra etməyə hazırdır.

Bəyanatda deyilir: Biz yeni tədbirlərə şamil olacaq orqanların detallarını dərk etmək üçün avropalı rəsmilərlə anlaşmaqda və qanuni göstərişləri izləməyə hazırlaşmaqdayıq.

ABŞ-ın bir hökumət rəsmisinin sözlərinə görə, Avropa Birliyi SWIFT-dən çıxaraılacaq Rusiya banklarının siyahısını yekunlaşdırmaqdadır.

Rusiya fevralın 24-ü səhər tezdən Ukraynaya hərbi hücum haqda göstəriş verdi.

Bu olay Moskvanın Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk respublikalarının istiqlaliyyətlərini rəsmən tanımasından bir neçə gün sonra baş verdi.

342/