ABNA24 Xəbər Verir, Sionist rejim dünya ictimaiyyətinin sükutu altında özünün işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi üzrə düşmənçilik siyasətlərini davam etdirməkdədir. Təcavüzkar sionist rejim başçıları qəsb olunmuş Qüdsdə yeni bir layihəni qəbul etdiriblər.
Sionist rejimin işğal olunmuş Qüdsdəki yeni qəsəbələrsalma layihəsi tezliklə icra olunacaq və bu zaman sionistlər üçün beş min iki yüzdən çox yaşayış evi inşa ediləcək.
Belə bir halda, bundan öncə müqavimət qrupları işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi siyasətinin siddətlənməsi və bu şəhərdə sionist qəsəbəsalmaların artırılması haqda xəbərdarlıq ediblər.
BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, sionist rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur.
342/