16 yanvar 2022 - 13:01
Fransanın ümumi büdcə çatışmazlığı 7% olub

Fransada yayılan rəsmi statistikalara əsasən, ötən ildə bu ölkənin ümumi büdcə çatışmazlığı 7% olub.

ABNA24 Xəbər Verir, Fransanın dövlət hesabları naziri «De Dimanş» jurnalı ilə müsahibədə deyib: Ölkənin 2021-ci ildəki büdcə çatışmazlığı təqribən yeddi faizə çatıb, halbuki hökumət bu iqtisadi göstəricinin azı 8,2 faizə çataçağını proqnoz etmişdi.

Fransanın dövlət hesabları naziri söyləyib: Ölkənin büdcə çatışmazlığı miqdarının proqnozlar həddindən aşağı olması ona görədir ki, vergi gəlirlərinin miqdarı gözlənilən həddən çox olubdur.

O, əlavə edib: Vergi gəlirlərinin artması da ölkədə iqtisadi inkişafın artmasından irəli gəlir.

342/