ABNA24 Xəbər Verir, Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: Naməlum şəhidlərə salam olsun! Yer üzərindəkilər üçün naməlum, göylərdəkilər üçün isə tanınmış şəxslər. Şəhid olduqları andan uzun illər keçəndən sonra İslami İranı mənəviyyat və cihad ətri ilə rayihələndirən,/ İslam və Quran yolunda axıdılmış qanlarla fəxr edən bayrağı əvvəlkindən daha çox dalğalandıran fədakarlar…
İslam İnqilabının Böyük Rəhbərinin müraciətində daha sonra deyilir: Mənzilə geri dönmüş bu müsafirlərin dəfn mərasiminin Siddiqeyi-Tahirə(s.ə)-nın şəhadəti gününə təsadüf etməsi, onlardan İrana çatacaq böyük bir faydanı müjdə verir.
Müqəddəs Müdafiənin 250 naməlum şəhidinin əzəmətli dəfn mərasimi bu gün, Həzrət Fatimeyi-Zəhra səlamullah əleyhanın şəhadəti günündə bütün İslami İranda keçirilib.
342/