24 dekabr 2021 - 09:26
Bakı səfərinin mühüm nailiyyəti

İranın Bakıdakı səfiri vurğulayıb ki, İran xarici işlər nazirinin Azərbaycan Respublikasına səfərinin ən mühüm nailiyyəti, yeni iqtisadi layihələrin icrası olub.

ABNA24 Xəbər Verir, Seyid Abbas Musəvi İran-Press-in Bakıya göndərilmiş müxbirinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın Azərbaycan Respublikasına səfərinin nəticələrinə dair sualının cavabında deyib ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin göstərişi ilə iranlı şirkətlərin Qarabağda azad edilmiş ərazilərin bərpası sahəsində iştirakının təsbiti dünəndən etibarən, rəsmən başlanıb.

Hüseyn Əmir-Abdullahiyanın Azərbaycan Respublikasına səfərini müsbət dəyərləndirən Musəvi əlavə edib: İki ölkə sürət və agahlıqla anlaşılmazlıqları arxada qoydu və bu iki müsəlman və qonşu ölkənin əlaqələrində yeni fəsil başlandı.

Əmir-Abdullahiyanın Azərbaycan Respublikasına səfəri bu gün başa çatıb.

342/