8 dekabr 2021 - 04:14
Dünya üzrə uşaqlar üçün ikinci vaksin

Razi vaksini uşaqlar üçün ən münasib vaksin kimi ikinci yeri qazanıb.

ABNA24 Xəbər Verir, Razi vaksin və seromqayırma araşdırma institutunun direktoru Əli İshaqi belə deyib: Uşaqlar üçün ən yaxşı vaksin, minimum antigenə malik olan və onların bədənlərində təhlükəsizlik sistemini aktivləşdirə bilən vaksindir.

Hazırda dünyada bir korona vaksini vardır ki, onun anti-gen miqdarı bir dozada beş mikroqramdır. Ondan sonra bir dozada on mikroqram anti-gen olan Razi vaksinidir. Bu vaksin uşaqlar üçün ən münasib ikinci yeri qazanıb.

“Razi Kovo-Pars” vaksini koronaya qarşı ikinci İran peyvəndidir.

“Razi Kovo-Pars” vaksinini Razi vaksin və seromqayırma araşdırma institutu Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə uyğun olaraq, istehsal edib.

342/