9 noyabr 2021 - 03:59
ABŞ-da bomba həyəcanı; 3 universitet boşaldılıb

ABŞ-da üç universitet bomba xəbərdarlığına görə, boşaldılıb.

ABNA24 Xəbər Verir, ABŞ-ın Nyu-York ştatının "İtaka" şəhərində yerləşən Kornell universiteti polisin bəzi binalarda bomba yerləşdirilməsi ilə bağlı xəbərdarlığından sonra müvəqqəti təxliyə olunub. 

Nyu-York şəhərindəki Kolumbiya universiteti də universitetin ərazilərində bomba qoyulduğu ilə bağlı məlumat aldığını və universitetin iki kampusunun təxliyə edildiyini bildirib. 

Yerli bir xəbər portalının məlumatına əsasən, "Rod-Aylend" ştatında yerləşən "Broun" Universitetində də bomba həyəcanına görə kampuslar boşaldılıb.

Universitetlərin ərazilərinə qoyulduğu iddia edilən bombalarla bağlı məlumatlar Tvitterdə yayılıb.

Hazırda ABŞ təhlükəsizlik qüvvələri bu universitetlərin binalarına baxış keçirir.

342/