24 oktyabr 2021 - 07:05
Şəmxani: "İran etnik qrupların cənnətidir"

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Türkiyə prezidentinin açıqlamalarına reaksiyada öz Tvitter səhifəsində yazıb: "Etnik qruplardan onları dəmir yumruqla idarə edənlər qorxmalıdırlar, etnik qrupların cənnəti olan İranın heç bir qorxusu yoxdur".

ABNA24 Xəbər Verir, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani şənbə günü bir tvitdə yazıb: "İslam aləminə liderlik etmək iddiasında olan bir dövlət başçısının sionist rejimin boş ehtişamını böyütməsi güclülük yoxsa müsəlmanlıq əlamətidir". 

Şəmxani əlavə edib: "Etnik qruplardan onların cənnəti olan İran deyil, etnik qrupları dəmir yumruqla idarə edən hökumətlər qorxmalıdırlar".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən, deyib: "İran İsraillə münasibətlərinə görə Azərbaycanı hədəf seçə bilməz, çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu, o qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək".

342/