29 sentyabr 2021 - 07:27
Bağdaddakı ABŞ bazasında yanğın

İraq sosial şəbəkələrindəki informasiya mənbələri müəyyən təsvirlər yayıblar.

ABNA24 Xəbər Verir, Bu təsvirlər Bağdad beynəlxalq hava limanının yaxınlığında yerləşən amerikan «Viktoriya» bazasında yanğından xəbər verir.

Yayılan təsvirlər Əlrizvaniyyə bölgəsinin yaxınlığındakı Amerika bazasının üzərində iri tüstü sütunlarını göstərir. Bu məkanda amerikalı qüvvələr yerləşir.

«Viktoriya» bazasındakı bir təhlükəsizlik mənbəyi bildiribdir ki, bu tüstü, amerikan avtomobillər və transportyorların şinlərinin yerdə qalan hissəsinin yandırılmasından irəli gəlir.

Bu baza bundan öncə bir neçə dəfə iraqlı müqavimət qüvvələri tərəfindən hədəfə alınmışdı.

342/