16 sentyabr 2021 - 06:21
Güclü "Nikolas" qasırğası Texas ştatına çatdı

Birləşmiş Ştatlarda silsilə dağıdıcı qasırğaların davamında güclü Nikolas qasırğası da ABŞ-a çatıb.

ABNA24 Xəbər Verir, Texas ştatı bu yeni qasırğanın əsas episentrinə çevrilib. 

Meteoroloqlar bu qeyri-sabit hava şəraitinin davam etməsi ilə bağlı insanlara xəbərdarlıq ediblər.

Yağışların şiddəti o qədər çoxdur ki, Texas ştatında və ABŞ-ın bəzi digər bölgələrində daşqınlara səbəb olub.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden yaxınlaşan tropik fırtına səbəbilə Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.

342/