1 sentyabr 2021 - 09:15
İraqda Hüseyn Ərbəini yürüşü başlanıb

Hüseyn Ərbəini yürüşü kimi iri bir mərasim İraqın ən cənub nöqtəsindən başlanıb.

ABNA24 Xəbər Verir, Dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə) zəvvarları bu gün, qeyd olunan mərasimə İraqın ən ucqar cənub bölgəsi olan Bəsrədə yerləşən Əlfav bölgəsindən başlayıblar.

Hər il müsəlmanlardan və digər ilahi dinlərin davamçılarından milyonlarla nəfər Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı günü-ərbəinə bir neçə gün qalmış Nəcəf şəhərindən Kərbəla şəhərinə gedən yolu piyada şəkildə qət edib, özünü o həzrətin müqəddəs Kərbəla şəhərində yerləşən pak ziyarətgahına çatdırır.

Ötən il koronavirus xəstəliyinə görə, bu mərasim məhdudiyyətlə keçirildi.

342/