30 avqust 2021 - 06:01
Əmir Abdullahiyan İraqın baş naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İraqın baş naziri Mustafa Əlkazimi ilə görüşüb.

ABNA24 Xəbər Verir, Öz ilk xarici səfərində və İraqı himayə üzrə regional konfransda iştirak məqsədilə Bağdadda olan Əmir Abdullahiyan dünən gecə, bu görüşü keçirib. O, həmçinin bu konfransda çıxış edib.

Konfransın kənarında İraqın prezidenti Bərhəm Salih və öz türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşən Əmir Abdullahiyan Küveytin xarici işlər naziri ilə də görüş keçirib.

İraqın baş naziri Mustafa Əlkazimi, Fransanın prezidenti Emmanuel Makron, İordaniya kralı İkinci Abdullah, Qətərin əmiri Təmim bin Həməd Ali Sani, Misir prezidenti Əbdülfəttah Əlsisi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu konfransın iştirakçıları kimi çıxış ediblər.

342/