ABNA24 Xəbər Verir, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumatda deyilir ki, yol dünən gecə 23:00-da qapadılıb, yolda qalan nəqliyyat vasitələri isə buradan evakuasiya olunub.
Ermənistanın ombudsmanı Arman Tatoyan isə ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycanın izn verdiyini, amma yolun qapalı saxlanıldığını bildirib. O, hazırda Rusiya sərhədçilərinin Azərbaycanla danışıqlar apardığını söyləyib.
Qeyd edək ki, dünən Azərbaycan Sərhəd Xidməti Qubadlı rayonu ərazisində iki erməni hərbçinin Azərbaycan əsgərinə hücum etdiyini və onu yaraladığı haqqda məlumat yaymışdı. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə Qoris-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən hissəsində baş verib.
342/