30 iyul 2021 - 15:53
Oman dənizində bir gəmi hədəfə alınıb

Dünən axşamçağı Oman dənizində mahiyyəti və istifadə tərzi məlum olmayan bir gəmi hədəfə alınıb.

ABNA24 Xəbər Verir, «Ticarət-Dəniz Əməliyyatları» adlı ingilis hərbi qrupu qısa bir bəyanatda bu xəbəri verərək, bildiribdir ki, həmin hücum barədə təhqiqatlar aparılır.

Bu qrup gəminin tipi və ya mahiyyəti barədə detallar təqdim etmədən iddia edibdir ki, həmin hücum dünən axşamçağının son dəqiqələrində Masira adasında baş verib.

Cümə axşamı gününün ilk saatlarında da bu qrup elə həmin bölgədə digər bir hadisənin baş verməsindən xəbər vermiş, amma bu haqda artıq təfərrüat təqdim etməmişdi.

342/