30 iyul 2021 - 15:50
Türkiyədə yanğınları PKK törədib?

Türkiyədə yanğınların məqsədli şəkildə törədildiyinə dair ehtimallar güclənir.

ABNA24 Xəbər Verir, Türkiyə mediaları ölknin bir neçə bölgəsini bürüyən yanğınların qəsdən törədilməsi barədə ü faktın üzərində dayanıblar:

1. Ən böyük yanğınların turizm bölgələrində olması: iqtisadi ziyan vurmağa hesablanıb;

2. Yanğınların bir-birindən uzaq məsafədə yerləşən ərazilərdə paralel şəkildə başlaması;

3. Sosial şəbəkələrdə PKK tərəfdarlarının “rahat tətilə imkan verməyəcəyik” anonsu və s;

Qeyd edilir ki, ehtimallara görə, yanğını törədənlər Yunanıstandakı düşərgələrdə təlim görən PKK terrorçularıdır.

PKK-nın yanğın törətmə təcrübəsi də bu versiyanı gücləndirir: terrorçular 1995-ci ildə 950 hektar, 1997-ci ildə 650 hektar ərazini yandırıb.

342/