Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, zülmə məruz qalan Nigeriya İslami Hərakatın Lideri, din xadim Şeyx İbrahim Zəkzaki 6 il günahsız yerə həbsxanada yatdıqdan sonra dünən, 28 iyun, 2021 tarixdə sərbəst buraxıldı.
O və həyat yoldaşı Xanım Zinat İbrahim, 28 Avqust 2021 tarix, Çərşənbə günü sərbəst buraxılaraq Kaduna şəhərindəki oğlu Məhəmməd Zəkzakinin evinə gediblər.
Nigeriya məhkəməsi ötən gün Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin və həyat yoldaşının işinə baxdı və bütün ittihamlardan onlara bəraət qazandırdı. Məhkəmə Şeyx Zəkzəkinin və həyat yoldaşının sərbəst buraxılmasına qərar verdi.
Qeyd edək ki, məhkəmə bundan öncə də bəraət qərarını vermişdir, lakin Nigeriya hökuməti və hərbi qüvvələr tərəfindən icra edilməmişdir.
Nigeriya hökuməti indiyə qədər Zakzakinin müxtəlif bəhanələrlə sərbəst buraxılmasını rədd edirdi, hətta özünə və həyat yoldaşına lazımi tibbi yardım göstərilməsinə icazə vermirdi.
Xatırladaq ki, Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə qarşı hücumunda ağır yaralandı və elə həmin vəziyyətdə də həbs olundu. Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyə və onun mənzili qarşısına toplaşanlara tərəf atəş açaraq, Zəkzakinin üç uşağı daxil olmaqla iki min Şiəni şəhid etdilər.
Qeyd edək ki, Nigeriyanın ali məhkəməsi 2016-cı ilin dekabrında Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi barədə hökm çıxardı və bu ölkənin ordusu və xəfiyyə təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi, amma qeyd olunan orqanlar bu hökmün icrasından boyun qaçıraraq, Şeyx Zəkzakini həbsdə saxlamaqda davam etdilər.


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!