ABNA24 Xəbər Verir, bu barədə nazir Sahil Babayev məlumat verib.
O bildirib ki, virusa yoluxan şəxslərdən altı nəfəri həyatını itirib və onlar arasında valideynlərini itirənlərin sayı daha çoxdur:
“Nazirliyin fəaliyyəti gündəlik vətəndaş qəbulu ilə bağlı olduğuna, quruma bağlı strukturlarda da gündəlik minlərlə insan qəbul edildiyinə və vətəndaş qəbuluna gələn insanların mühafizə qaydalarına riayət etmədiyinə görə nazirliyin kollektivi və ailə üzvləri virusa yoluxur. Hazırda deyə bilərik ki, 40 yaş üzərində bütün şəxslər vaksinasiyadan keçib”.
Nazir qeyd edib ki, artıq vaksinin hər iki dozasını qəbul edib:
“Həmçinin, bütün ailə üzvlərim də vaksinasiya prosesindən keçiblər. Onu da deyim ki, mənim də bir çoxları kimi qohumlarımdan və ailə üzvlərimdən koronavirusla bağlı itirdiyim insanlar olub”.
342/