ABNA24 Xəbər Verir, ki, BMT İnsan Haqları Şurasının hesabatında müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliyin pandemiya həddində artdığına diqqət çəkdiyini deyən Quterreş müsəlman qadınların cinsiyyətləri, etnik mənşələri və inanclarına görə 3 dəfə daha çox ayrı-seçkiliyə məruz qaldıqlarını qeyd edib.
Quterreş "Təəssüf ki, media və gücə sahib bəzi şəxslər müsəlmanlara qarşı vahid qərəzliliyi artırır", - deyib.
Baş katib müsəlmanlar əleyhinə təəssübkeşliyin qlobal miqyasda artan etnik millətçilik və neo-nasizm kimi digər tendensiyalarla paralel olduğunu vurğulayıb.
Quterreş "Rəsmi statistikada bir çox dözümsüzlük hallarının müşahidə oluna bilinməyəcəyini xatırlayaq. Ancaq bu fəaliyyətlər insanların ləyaqətini və ortaq insanlığımızı zədələyir", - dəyərləndirməsini edib.
342/