19 mart 2021 - 13:11
BMT baş katibi islamofobiyadan danışdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən "Beynəlxalq islamofobiyaya qarşı mübarizə günü" münasibətilə təşkil edilən yüksək səviyyəli onlayn tədbirdə çıxış edib.

ABNA24 Xəbər Verir,   ki, BMT İnsan Haqları Şurasının hesabatında müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliyin pandemiya həddində artdığına diqqət çəkdiyini deyən Quterreş müsəlman qadınların cinsiyyətləri, etnik mənşələri və inanclarına görə 3 dəfə daha çox ayrı-seçkiliyə məruz qaldıqlarını qeyd edib.  

Quterreş "Təəssüf ki, media və gücə sahib bəzi şəxslər müsəlmanlara qarşı vahid qərəzliliyi artırır", - deyib.  

Baş katib müsəlmanlar əleyhinə təəssübkeşliyin qlobal miqyasda artan etnik millətçilik və neo-nasizm kimi digər tendensiyalarla paralel olduğunu vurğulayıb.  

Quterreş "Rəsmi statistikada bir çox dözümsüzlük hallarının müşahidə oluna bilinməyəcəyini xatırlayaq. Ancaq bu fəaliyyətlər insanların ləyaqətini və ortaq insanlığımızı zədələyir", - dəyərləndirməsini edib. 

342/