27 yanvar 2021 - 14:56
Suriyada güclü zəlzələ baş verib

Suriyada 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyə şəhərləri silkələndirib.

ABNA24 Xəbər Verir, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağının yerin 11 km dərinliyində yerləşdiyi bildirilib.

Məlumata görə, zəlzələ Türkiyənin Diyarbəkir, Mardin və Batman şəhərlərində də hiss olunub

342/