24 oktyabr 2020 - 14:55
Putin: "Böyük güclərin heybəti dövrü başa çatıbdır"

Rusiya prezidenti Vaşinqtonun Moskvaya qarşı səyləri barədə xəbərdarlıqla deyibdir ki, böyük güclərin dünya üzərindəki heybəti dövrü başa çatıbdır.

ABNA24 Xəbər Verir, Vladimir Putin qeyd edibdir ki, dünya dəyişməkdədir; Amerika kimi bir ölkənin bu məsələdən müstəsna ola bilməsi mümkünsüzdür.

Rusiya prezidenti həmçinin dünyadakı silah rəqabətini tənqid edərək, deyib: Əgər bu rəqabət üçün bir hədd-hüdud təyin edilməzsə, dünyanın gələcəyi olmayacaqdır.

Putin vurğulayıbdır ki, Rusiya özünə qarşı hər cür addımla mübarizə aparacaqdır.

Amerika-Rusiya silah müzakirələri son aylar Vaşinqtonun sabotajı ilə nəticəyə çatmayıbdır. Rusiya başçıları ABŞ-ın «yeni start» müqaviləsinin uzadılması üzrə şərtlərinə qarşı çıxıblar.

342