10 oktyabr 2020 - 13:03
İranın Trampın cəfəngiyatına reaksiyası

ABŞ prezidenti cümə günü bir radio müsahibədə cəfəng və təhqiramiz ifadələrlə bir daha İranı təhdid edib. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi isə dərhal ona kəskin cavab verib.

ABNA24 Xəbər Verir, Donald Tramp radionun "Raş Limbo" verilişi ilə müsahibədə, özünün İrana qarşı həyasızcasına ifadələrini bir daha təkrarlayaraq, iddia edib ki, onun hökuməti İran İslam Respublikasına istənilən hərəkətlə bağlı ciddi xəbərdarlıq edib. 

ABŞ prezidentinin bu müsahibədə kobud və tərbiyəsiz ifadələr işlətməsi onun hiddətinin dərinliyini, həmçinin İran xalqına qarşı maksimum təzyiq siyasətinin fiaskoya uğramasını göstərirdi.

ABŞ mediaları və siyasi fəallar bu müsahibənin yayımlanmasından sonra, Trampı "tərbiyəsiz" bir insan adlandırıblar. 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə öz Tvitter səhifəsində Donald Trampın İrana qarşı cəfəngiyatına reaksiyada, İran xalqının ABŞ-ın məğlub olmuş və qanunsuz rejiminin quldurcasına ritorikasından qorxmadığını bəyan edərək, əlavə edib: "ABŞ-ın cinayətlərinə, o cümlədən dəlicəsinə sanksiyalarına və İŞİD-in bir nömrəli düşməni olan general Süleymaninin cinayətkarcasına terror edilməsinə cavab tərzini seçən İran xalqıdır". 

342/