ABNA24 Xəbər Verir, bu barədə Pəncşir əyalətinin Abşar rayonunun icra başçısı Məhəmməd-Söhrab Söhrabi məlumat verib.
Bildirilib ki, Taliban hərəkatının təqribən 70 üzvü ucqar bölgədə yerləşən Qala-Təri qəsəbəsinə basqın ediblər.
Bir neçə nəfərin öldüyü və 10 nəfərin girov götürüldüyü bildirilir.
Əfqanıstan Ordusu bölgə əlavə qüvvə göndərib.
Qeyd edək ki, hazırda Qətərin Doha şəhərində Əfqanıstanın hökumət nümayəndələri və Taliban rəsmi danışıqlar üçün hazırlıqlar görürlər.
342/