6 sentyabr 2020 - 09:53
Fransa 2 hərbçisini itirdi - Malidə

Malidə Fransa hərbçilərini daşıyan avtobus partladılıb, 2 hərbçi həlak olub.

ABNA24 Xəbər Verir, Fransa hökuməti Malidə 2 hərbçisinin həlak olmasından xəbər verib.

Fransa hökuməti Malidə terrorçu qruplarla mübarizə bəhanəsi 2013-cü ildən bu ölkəyə hərbi kontingent göndərib. 

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron Tesalitdə əməliyyat zamanı iki fransız əsgərin ölümü barədə xəbəri ciddi narahatlıqla qarşılayıb. 

Bildirildiyinə görə hərbçilər Sahel şəhərində terrorla mübarizə missiyalarının icrası zamanı həlak olublar. 

342/