9 avqust 2020 - 10:30
Brayan Hookun dəyişdirilməsi ABŞ-ın siyasətlərində dəyişiklik yaratmayacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsinin dəyişdirilməsinə reaksiyada bildirib ki, Brayan Hookun dəyişdirilməsi ABŞ-ın siyasətlərində dəyişiklik yaratmayacaq.

ABNA24 Xəbər Verir, Seyyed Əbbas Mousəvi bu gün bir tvitt-də yazıb: Amerikanın İran qarşısındakı siyasətindən söz gedərkən, Amerika prezidentinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hook ilə Ağ Ev-in keçmiş milli təhlükəsizlik müşaviri, həmçinin ifratçı və qalmaqallı respublikaçı sima- Con Bolton arasında heç bir fərq yoxdur.

Mousəvi söyləyib: Amerikanın prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo və gələcəkdəkilər üçün də elə bu cür olacaqdır.

342/