ABNA24 Xəbər Verir, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 128 nəfər artıb.
Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 295-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 303 110 nəfərə çatıb.
Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 173 nəfər təşkil edib, 1 346 nəfər COVID-19-a yoluxub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
342/