Abna24 xəbər verir, Dünya katoliklərinin rəhbəri Papa Fransis Amerikanı bürümüş etirazlara reaksiya verib. Yaranmış vəziyyətdən narahatlıq ifadə edən papa, irqçilik günahı ilə mübarizənin edilməsi və zorakılıqdan çəkinməni istəyibdir.
Papa Fransis Amerika xalqına ünvanlandığı müraciətdə deyib: Mən böyük narahatlıqla sizin ölkədəki sosial çaxnaşmanın şahidiyəm. Qarşılıqlı olaraq, Corc Floydun kədərli ölümünə görə də narahatam.
Dünya katoliklərinin lideri sonra söyləyib: Biz heç bir formada rasizmə və məhrumluğa dözə bilmərik. Amma son gecələrdə Amerikada cərəyan edən zorakılıqların özü təxribat xarakterlidir. Heç bir şey zorakılıq yolundan əldə olunmayacaq və çox sayda şeylər itiriləcəkdir.
342/