1 iyun 2020 - 16:27
İranda 119 min koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi elan edib ki, indiyə kimi ölkədə 118 min 848 koronavirus xəstəsi sağalaraq, evə buraxılıb.

Abna 24 :Bazar günü jurnalistlərə koronavirus xəstələrinin son statistikası haqda məlumat verən Kianuş Cahanpur, son sutkada daha 2 min 516 nəfərdə koronavirusun aşkarlandığını vurğulayıb.

Rəsminin sözlərinə görə, yeni yoluxanlardan 511-i xəstəxanaya yerləşdirilib, 2 min 5 xəstəyə isə ambulator xidmət göstərilib. Beləliklə İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı151 min 466 nəfər təşkil edib.

İranın Səhiyyə Nazirliyinin İctimai əlaqələr şöbəsinin müdiri, son 24 saat ərzində koronavirusdan 63 nəfərin öldüyünü bildirib və İranda koronavirus qurbanlarının sayının 7 min 797 nəfərə çatdığını qeyd edib.