Abna 24 :Bazar günü jurnalistlərə koronavirus xəstələrinin son statistikası haqda məlumat verən Kianuş Cahanpur, son sutkada daha 2 min 516 nəfərdə koronavirusun aşkarlandığını vurğulayıb.
Rəsminin sözlərinə görə, yeni yoluxanlardan 511-i xəstəxanaya yerləşdirilib, 2 min 5 xəstəyə isə ambulator xidmət göstərilib. Beləliklə İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı151 min 466 nəfər təşkil edib.
İranın Səhiyyə Nazirliyinin İctimai əlaqələr şöbəsinin müdiri, son 24 saat ərzində koronavirusdan 63 nəfərin öldüyünü bildirib və İranda koronavirus qurbanlarının sayının 7 min 797 nəfərə çatdığını qeyd edib.