ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Türkiyənin səhiyyə nazirliyi bu ölkədə koronavirusdan ölənlərin sayını da 4 min 140 nəfər elan edib. Bu rəqəm şənbəgünkü statistika ilə müqayisədə 44 nəfər çoxdur.
Rəsmi adı COVID-19 olan yeni koronavirus növü ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib və hazırda Çindən əlavə, təqribən bütün dünya ölkələrinə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ-yə sirayət edibdir.
Son statistikalara görə, indiyədək dünyada 4 milyon 770 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən bir milyon 843 min nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. Azı 314 nəfər isə həyatını itiribdir.