ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Koronavirusla Milli Mübarizə Qərargahının iclasında deyib: Səhiyyə meyarları və qaydalarına əsasən, misal üçün, əgər bir rayonda xəstəxanaya giriş bir həftə sıfır olubsa, vəfat halı olmayıbdırsa, sağalanlar artıbsa və bu proses ikinci həftədə təkrar olubsa, İranın səhiyyə nazirliyi həmin bölgəni «ağ bölgə» adlandıracaq.
Ruhani söyləyib: Ölkədə ağ bölgə elan olunan və səhiyyə nazirliyi tərəfindən təsdiq edilən 127 rayondakı müqəddəs məkanlar yenidən açılacaq.
Ruhani həmçinin ölkənin bir çox səhiyyə və müalicə ləvazimatının istehsalında iqtisadi müstəqilliyə çatdığını bildirib. Qeyd edib ki, düşmənlər ölkəni məhv edəcəyini zənn etdikləri kəskin sanksiyalara rəğmən, İranın nailiyyətlər əldə etməsini müşahidə etməklə əsəbiləşirlər.
.............
340