29 mart 2020 - 07:34
Amerika koronavirusla mübarizədə acizdir

Livan Hizbullahının baş katibi dünən gecə vurğulayıb ki, koronavirusla mübarizə uzunmüddətli olacaq. O, deyib ki, Amerika hökuməti bu virusla mübarizədə acizdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyyid Həsən Nəsrullah bir çıxışda koronavirus pandemiyası, bu xəstəliklə mübarizədə ümumi məsuliyyət və onun beynəlxalq nəticələrinə toxunub. Deyib ki, dünya koronavirus böhranından sonra yeni bir beynəlxalq quruluş yarada bilər.

Livan Hizbullahının baş katibi bildirib ki, koronavirus pandemiyasının təsirləri birinci və ikinci dünya müharibələrindən daha böyükdür. O, deyib: Amerika kimi iri dövlətlər acizlik və çarəsizliklə koronavirusla mübarizə aparırlar.

Seyyid Həsən Nəsrullah dünyanın hazırkı hadisələrindən ibrətin götürülməsini istəyib. Vurğulayıb ki, hamı müştərək düşmən kimi koronavirusun üzərində təmərküzləşməlidir.

Livan Hizbullahının baş katibi həmçinin təcavüzkar səud koalisiyasının koronavirus pandemiyasının qızğın çağında Yəmənə qarşı hücumlarına toxunub. Vurğulayıb ki, dünya Yəməndə savaşın dayandırılmasını fəryad etməlidir.

Seyyid Həsən Nəsrullah qeyd edib ki, dünyanın döyüşlərin dayandırılması və koronavirusla mübarizə tərzi barədə tədbirin fikrində olduğu bir şəraitdə səudlar məzlum Yəmən xalqına qarşı hücumlarını davam etdirirlər.

............
340