17 mart 2020 - 10:02
Senders: Trampın ağzını bağlamalıyıq

Barak Obamanın müavini Co Bayden və tanınmış amerikalı senator Berni Senders dünən gecə CNN telekanalında keçirdikləri ilk ikinəfərlik debatda qarşı-qarşıya durublar.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Berni Senders bu debatda Tramp hökumətinin müalicə xidmətləri sisteminin koronavirusla mübarizədəki acizliyini vurğulayaraq, deyib: Mən prezident olsam da, olmasam da bu qənaətdəyəm ki, koronavirusla mübarizə üçün öncə Donald Trampın sözlərinin qarşısını elə indi almalıyıq, zira o, Amerika xalqına yardım etməkdə olan həkimləri və tibb işçilərini zəiflətməkdədir. Senders əlavə edib: Yadda saxllamalıyıq ki, Amerika xalqına yalan deyə bilmərik.

Bunun qarşılığında Co Bayden 2014-cü ildə ebola xəstəliyi ilə mübarizə təcrübəsinə və ABŞ-ın vitse-prezidenti olduğu dövrana toxunaraq, xəstəxana tikintisində və digər zəruri xidmətlərin göstərilməsində yerli rəsmilərə kömək üçün ordunun çağırılması vacibliyindən danışıb.

Bayden sonra deyib: Bu, müharibə kimi bir şeydir və müharibə baş verərkən xalqı qorumaq üçün lazım olan hər bir işi görmək lazımdır.

.............
340