ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyyed Əbbas Mousəvi Trampa xitabən vurğulayıb: Amerika riyakarcasına ürəkyandırma və iyrənc forsetmə yerinə, iqtisadi və ticari terrorizmi dayandırsın ki, dərman və tibbi ləvazimat İranın xalqı və müalicə işçilərinin əlinə çatmış olsun.
Mousəvi sonra Trampdan istəyibdir ki, Amerika xalqına kömək etsin.
Donald Tramp dünən Ağ Ev-də İrlandiyanın baş naziri ilə görüşün kənarında iddia edib ki, Amerika dünyanın ən yaxşı həkimlərinə malikdir və koronavirusla mübarizə üçün İrana yardım təklifini veribdir.
Seyyed Əbbas Mousəvi bundan öncə də ABŞ-ın dövlət katibi Mayk Pompeoya xitabən bildirmişdi ki, öz iqtisadi terrorizmi ilə İran xalqına qarşı geniş təzyiqlərə və hətta dərman və tibb ləvazimatlarının yolunun bağlanmasına bais olan bir ölkə tərəfindən koronavirusla mübarizə üçün İrana yardım iddiası gülünc bir iddia olaraq, siyasi-psixoloji bir oyundur.
............
340