9 mart 2020 - 09:28
İran İraq üçün sabitlik və asayiş arzu edir

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi bildirib ki, İran İraq üçün sabitlik və asayiş arzu edir. Deyib ki, İraq yaxın gələcəkdə regional və beynəlxalq məsələlərdə rol oynaya bilər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əli Şəmxani bu gün Bağdadda İraq milli təhlükəsizlik müşaviri Falih Fəyyaz ilə görüşdən sonra onunla birgə mətbuat konfransında həmin görüşdə müxtəlif təhlükəsizlik və regional məsələlər barədə fikir mübadiləsinin aparıldığını deyib. Qeyd edib ki, 2003-cü ildən bəri müxtəlif müalicə, səhiyyə, ictimai, siyasi və iqtisadi sahələrdə İran və İraqın dövlətləri və xalqları arasında həmkarlıq, məşvərət, iştirak və yardım miqdarı günü-gündən genişlənibdir.

Şəmxani həmçinin İraqın hökuməti, məclisi və xalqıın amerikalı hərbçiləri bu ölkədən çıxarmaq üzrə hərəkətlərini təqdirəlayiq adlandırıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi sionistlərin regionun sabitliyi və təhlükəsizliynə qarşı olduqlarını bildirib. Ümidvarlıq edib ki, bir gün regionda sionistlərdən əsər-əlamət qalmayacaq.

İraq milli təhlükəsizlik müşaviri Falih Fəyyaz da bu mətbuat konfransında deyib ki, Bağdad bütün sahələrdə Tehranla əməkdaşlığa önəm verir və bütün sektorlarda ikitərəfli əməkdaşlığın inkişafını istəyir.

Fəyyaz vurğulayıb: İraqın xalqı və hökuməti İŞİD ilə mübarizədə İranın göstərdiyi yardımları unutmayacaqlar.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani dünən gecə yüksək səviyyəli siyasi-təhlükəsizlik heyəti ilə ikigünlük səfər məqsədilə Tehrandan Bağdada daxil olub.

..............
340