ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hoseyn Kaxaki Tehranda keçirilən “İxracat, Tranzit və Avrasiya” konfransında Avrasiya İqtisadi Birliyinin parlaq gələcəyinin olduğunu bildirib. Qeyd edib ki, Hindistan kimi bəzi ölkələr bu birliyə qatılmaq üçün müzakirələrə başlayıblar.
Kaxaki gömrüyün İran ilə Avrasiya İqtisadi Birliyinin müqaviləsindəki rolu barədə belə deyib: Bu müqavilənin müxtəlif bəndləri İran gömrüyünə dəyər, tarif və bəyannamələri birbaşa şəkildə arayış etmək imkanı verir.
İran ilə Avrasiya İqtisadi Birliyi arasındakı güzəştli ticarət müqaviləsi 862 ədəd əmtəə malına şamil olur ki, onlardan 360 ədədi İranın Avrasiyaya verdiyi güzəştlər, 502 ədədi isə Avrasiyanın İrana verdiyi güzəştlərdir.
...........
340