ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Briqada generalı pasdar Əmir Əli Hacızadə ötən ilin iyun ayının 20-də İranın hava məkanını pozmuş “Global Hawk” pilotsuzundan aşkar edilmiş yeni detalların təqdimatının kənarında bildirib ki, İran İslam Respublikası hazırda bir neçə min kilometrlik məsafədən bu pilotsuzu zərəsizləşdirə bilər.
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı indiyədək bu korpus tərəfindən hədəfə və ya nəzarət altına alınan amerikan PUA-larına işarə edərək, deyib ki, İran hazırda dünyada ən iri PUA kolleksiyasına malikdir.
General Hacızadə həmçinin amerikalı rəsmilərin İranın İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd amerikan bazasına qarşı raket hücumunun tələfatını gizlətmələri haqda deyib ki, tezliklə bu hücum barədə yeni məlumatlar yayılacaqdır.
...........
340