ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Zərif bu telefon danışığında amerikan “əsrin sövdələşməsi” planını pisləyib və deyib ki, İran öz siyasətləri ilə gələcəkdə Fələstin xalqına qarşı bu kimi fitnələrin həyata keçirilməsinə mane olmağa çalışacaq.
İranın xarici işlər naziri həmçinin Tehranın fələstinlilər arasında milli barışığın reallaşması üçün mövcud səylərə dəstək verdiyini vurğulayıb.
Fələstin muxtariyyətinin başçısı da bu telefon söhbətində İranın xarici işlər nazirini fələstinli tərəfin amerikan “əsrin sövdələşməsi” planı qarşısındakı mövqeyi, həmçinin bu planı aradan götürmək məqsədilə beynəlxalq bir birliyə nail olmaq üçün gələcək siyasi hərəkətləri barədə məlumatlandırıb.
İran İslam Respublikasının rəsmiləri indiyədək dəfərlərlə vurğulayıblar ki, İran Fələstin xalqının və Qəzzə zolağındakı qəhrəman müqavimətin kənarında dayanıb və dayanacaqdır.
.............
340