2 fevral 2020 - 08:16
İran Çinə aviareysləri dayandırıb

İranın səhiyyə, müalicə və tibb təhsili naziri Çin və əks istiqamətdə uçuşlarının müvəqqəti dayandırılmasından xəbər verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının koronavirusun ölkəyə keçməsinin qarşısını almaq məqsədilə həyata keçirdiyi tədbirlər haqqında danışan İranın səhiyyə naziri Səid Nəməki deyib: " Cümə günü yanvarın 31-də "yol və şəhərsalma", "xarici işlər", "mədəni irs, turizm və əl işləri sənayesi" nazirləri və İran XİN mətbuat katibinin iştirakı ilə keçirilən təcili toplantıda Çin-İran uçuşlarının müvəqqəti dayandırılması qərara alınıb".

Onun sözlərinə görə, bu iclasda həmçinin, Çində olan iranlıların geri qaytarılması üçün xüsusi reyslərin təşkili qərara alındı.

İranın səhiyyə naziri deyib: "İranın Səhiyyə Nazirliyinin həkimləri ölkəyə bütün dəniz, quru və hava giriş yollarında vəziyyəti nəzarətdə saxlamaq məqsədilə qərarlaşıblar və indiyə kimi koronavirusa yoluxma halı qeydə alınmayıb.

Nazirin sözlərinə görə, bu qərarlar müvəqqəti olacaq və şərait dəyişdikcə İranın fövqəladə tədbirləri normal vəziyyətə qayıdacaq.

Episenteri Çinin Uhan şəhəri olan koronavirusun yayılması fonunda indiyə kimi 213 nəfər həlak olub.

Korunaviruslar yüngül qripdən tutmuş Sars kimi ölümcül xəstəliklərin amili olan geniş virus qrupuna şamil olunur.

Bu xəstəliyin əsas simptomlarına qızdırma, öskürək, təngnəfəslik və kəskin respirator sindromu daxildir.

...........
340