ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənin səhiyyə naziri Taha Əl-Mütəvəkkil bu ölkənin qərbində yerləşən Əl-Hədidə vilayətinin acınacaqlı insani durumuna işarə edərək, Səud təcavüzkarları tərəfindən səhiyyə mərkəzlərinin bombalanmasını, kommunal su xətlərinin hədəfə alınmasını bu bölgədə epidemik xəstəliklərin yayılmasının digər amilləri adlandırıb.
Səud rejiminin Yəmənə tacavüzü nəticəsində yaranan bütün fəsadlara görə məsuliyyət daşıdığını deyən T.Əl-Mütəvəkkil beynəlxalq təşkilatları epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üşün təcavüzkar Səud koalisiyasının qadağan edilmiş və kimyəvi silahlardan istifadə etməsinə mane olmağa çağırıb.
...........
340